"Gülüş pulla satılmır ki..." - Gülüş ustası

MƏDƏNİYYƏT
16:47 / 01.04.2024
704

“Bütün dünyada 1 aprel gülüş günü bizdə yalan demək günü kimi baa düülür. Mən bunu qəbul edə bilmirəm”.

Bu fikri Hit.az-a verdiyi açıqlamada gülüş ustası Allahverdi Yolçuyev deyib.

“Çox çətin bir dövrdə, stresllə dolu həyat yaşayırıq. İlin 365 günündən birinin gülüş günü elan edilməsi, təbəssümə həsr olunması gözəl haldır. Məncə bir zamanlar  bayram havasında keçirilən 1 aprel ənənələrini yaşatmaq lazımdır. Ömrümüzün gülüş, sevinc, təbəssümlə bəzənməsinin kimə ziyanı var? Bu ki pulla satılmır. Bəlkə bir xoş sözlə, bir gülüşlə, bir təbəssümlə bir insanın həyatını xilas eləmək, ona inam vermək, yaşamaq üçün həvəsləndirmək olar. Ömründə gülümsəməyən, çox ciddi, qaş-qabaqlı  danışıb- gülməyi sevməyən adamların” da gülüş günündə buzunu əridib, bir günlük “adam eləmək olur. Bundan yaxşı nə var ki. Gülüş yoluxucu xəstəlikdir deyirlər. Kaş bütün  xəstəliklər gülüş qədər gözəl olsun, bu xəstəlik  dünyada pandemiya şəklini alsın və bu pandemiya heç bitməsin. Hamıya gülüşə yoluxumağı arzulayıram”,- deyə o bildirib.

Murad

0