Bu gün qadınlar kişiləri əzir, kişiləri müdafiə etmək lazımdır – Çingiz Abdullayev

SİYASƏT
16:36 / 30.07.2020
2024

Bu gün Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günüdür. Hazırda bəşəriyyəti narahat edən qlobal problemlər içərisində insan alverinə qarşı mübarizə xüsusi yer tutur.

Bu problemlə mübarizə istiqamətində ölkəmiz də bir sıra beynəlxalq konvensiyalara qoşulub və milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib.

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev ölkəmizdə bu problemin az olduğunu, qadınlara hörmət olunduğunu bildirib:

“Bütün dünyada bu problemlə mübarizə aparılır. Amma bizdə özünüz də görürsünüz ki, qadınlara necə böyük hörmət var. Azərbaycanda dörd ən böyük vəzifənin başında duranların iksi qadınlardır - Birinci vitse-prezident və Milli Məclisin spikeri.

Bu onu göstərir ki, Azərbaycan necə tolerat dövlətdir. Bundan başqa cavanların çoxsu bilmir ki, biz hüquqi olaraq qadınlara seçki hüququnu Amerikadan, Fransadan daha tez vermişik. Bunu çox insan bilmir. Əvvəllər bütün dünyada bu problemlə güclü mübarizə gedirdi. Amma gəlin açıq danışaq, bu saat Amerikada daha çox kişiləri əzirlər, bu məsələ də var. Bu gün qadınlar kişiləri əzirlər, hazırda kişiləri müdafiə etmək lazımdır”.

 

0