Tarixin 24 noyabrı...

MARAQLI
10:22 / 24.11.2026
61

Bu gün tarixin vərəqlərində 24 noyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bəzi tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 24 noyabr bir sıra şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Türkiyədə Müəllim Günü kimi qeyd olunur. Beləliklə, tarixin 24 noyabrına nəzər salırıq.

24 noyabrda baş verənlər:
1959-cu ildə Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə dəmir meteorit düşüb. 1995-ci ildə Azərbaycan və Bruney arasında diplomatik əlaqələr qurulub. Həmçinin, 1859-cu ildə Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr olunub.

1977-ci ildə Yunanıstan Böyük İskəndərin atası II Filippin məzarının kəşf edildiyini elan edib. 2015- ci ildə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 qırıcı təyyarəsi Türkiyə hava məkanını pozduğuna görə Suriya-Türkiyə sərhədi yaxınlığında Türkiyə Hərbi Hava Qüvvələrinin iki F-16 təyyarəsi tərəfindən vurulub.

24 noyabrda doğulanlar:
1994-cü ildə isə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov və Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov, 1906-cı ildə tənqidçi və ədəbiyyatşünas Əli Nazim və 1924-cü ildə ilk azərbaycanlı peşəkar qadın rəssam Vəcihə Səmədova dünyaya gəlib.

Həmçinin, 1632-ci ildə niderlandlı filosof Benedikt Spinoza, 1864-cü ildə fransız rəssam Anri de Tuluz-Lotrek, 1872-ci ildə Sovet dövlət xadimi Georgi Çiçerin, 1938-ci ildə rus aktrisa Natalya Kraçkovskaya, 1961-ci ildə hindistanlı yazıçı Arundati Roy, 1968-ci ildə türkiyəli sabiq futbolçu və baş məşqçi Bülənt Korkmaz və 1986-cı ildə kanadalı müğənni Rayan Qaldemond doğulub.

24 noyabrda vəfat edənlər:
1978-ci ildə kinooperator Seyfulla Bədəlov, 2001-ci ildə aktyor Səyavuş Şəfiyev, 2011-ci ildə aktyor Elxan Qurbanov və 2020-ci ildə Xalq artisti, aktyor Əjdər Həmidov dünyasını dəyişib.

Həmçinin, 1826-cı ildə Böyük Britaniya cərrahı və təbiətşünası Klark Abel, 1870-ci ildə fransız şair Lotreamon, 1922-ci ildə İtaliya baş naziri Sidney Sonnino, 1943-cü ildə amerikalı aşpaz Doris Miller, 1957-ci ildə meksikalı rəssam Dieqo Rivera və 2015-ci ildə Rusiya pilotu Oleq Peşkov vəfat edib.

Pərviz

0