İranın Azərbaycandakı casus şəbəkəsi necə ifşa edildi? - ŞƏRH

SİYASƏT
16:53 / 08.02.2023
2497
"Gələcəkdə hələ xeyli casus mərkəzləri aşkara çıxarılıb, zərərsizləşdiriləcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İranın Azərbaycandakı kəşfiyyat mərkəzlərinin ifşa olunmasına münasibət bildirərkən deyib. Onun fikrincə, bu yöndə işlər davam etdirilməlidir: 
 
"Xeyli müddətdir ki, İran Azərbaycanda xüsusi casus şəbəkəsi yaradıb. Azərbaycanın müvafiq qurumlarının vaxtaşırı keçirdiyi əməliyyatlar nəticəsində həmin casusların müəyyən hissəsi aşkara çıxarılaraq, zərərsizləşdirilirdi. İranın ölkəmizdə dini baxımdan təsir imkanları güclüdür. Bu mənada, İranın casus mərkəzlərinin daha geniş şəbəkəsinin olması heç kimdə şübhə doğurmur. 
 
 
Son dövrlər onların zərərsizləşdirilməsi və aşkara çıxarılması istiqamətində Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən xeyli iş görülüb. Bu dövlətin milli təhlükəsizliyilə bağlı olan məsələdir. Casus şəbəkəsinin aşkara çıxarılaraq, məsuliyyətə cəlb olunması təqdirəlayiq haldır. Adətən, zərərsizləşdirilən belə şəbəkələrlə yanaşı, dondurulmuş casus şəbəkələri də mövcud olur. Ona görə bu sahədə işlər davam etdirilməlidir”. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
 
Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.
 
Həmçinin DİN SalamNews informasiya agentliyi və "İnteraz” kanalında da əmiyyat keçirib. Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər - A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
 
Bu kimi əməliyyatların gələcəkdə də keçirilməsi görməsi gözlənilir. Hüquq-mühafizə orqanlarının ölkəmizin milli təhlükəsizliyinin təhdid edən İrana məxsus kəşfiyyat mərkəzklərini aşkara çıxraraq, tədbir görməsi istisna deyil. 
0