Əliyev Qarabağla bağlı bu faktı ilk dəfə açıqladı

SİYASƏT
10:48 / 22.03.2023
1424

"Əliyev Blinkenlə telefon söhbətində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin Azərbaycan ərazisində olduğunu bildirib. Prezident ilk dəfədir erməni silahlı dəstələrinin sayı ilə bağlı konkret rəqəm açıqlayır”.

HİT.Az xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı qeyd edib. Politoloq hərbi əməliyyatlarla bağlı ehtimalların yaxında real ola biləcəyini söyləyib:

"Bu hərbçilər Azərbaycan ərazisindən çıxarılmadığı müddətdə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Əliyevin ABŞ-a izah etmək istədiyi də budur. Şübhəsiz ki, Azərbaycanın bu qüvvələrin məcburi çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində planı var. Ermənistan ordusunun ərazimizdəki hərbçilərinin sayının dəqiqləşdirilməsi də hazırlığın bir hissəsi hesab edilə bilər”.

0