"İranın hazırki ideologiyası Hitler nasizmindən qat-qat bəşəriyyət üçün zərərli bir terrorçu məfkurədir"

SOSİAL
12:34 / 22.04.2025
246

“Ölkədə fars molla rejiminə pərəstiş edənlər var. Dünyanı qana çalxalayan, Azərbaycanın düşmənlərinin yanında olan birinin doğum gününü qeyd etmək, özü də uşaqları buna cəlb etmək xəyanətdir, ləyaqətsizlikdir. Məktəb uşaqlarına şüar səsləndirmək, üstündə "Hizbullah"ın və İranın digər terror təşkilatlarının rəsmi çəkilmiş tortları uşaqların qarşısına qoyub,  bunu da ictimailəşdirmək də bir başqa xəyanətdir. Bu qruplar İrandan dəstək alırlar, pul, maliyyə alırlar. Belə işləri də edib, ona görə sosial şəbəkələrdə yayırlar ki, İrandakı ağaları görsünlər ki, bunlar iş görür, havayı pul yemir”. 

Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib. 

O bildirib ki, uşaqları bu işə cəlb etmək məsuliyyət yaradır. Bu adi ad günü qeyd etmək deyil. Terrorçu bir qurumun, xalqımızın düşməninin təbliğatını aparmaq, uşaqları buna cəlb etmək cinayətdir: 

“O yaşda uşaqlar dərs oxumalı, məktəbə getməlidir. O yaşda uşaq Xameneinin kim olduğunu, hansı işlər gördüyünü, Vətənimizə qarşı hansı mövqedə olduğunu anlamaq və qavramaq həddində deyil. Sovet vaxtı Leninin təbliğatını bu cür edirdilər. Ölkədə bu cür toplumlar var. Açıq aşkar xəyanət yolunu tutublar və  burada fəaliyyət göstərirlər. Ən azı heç nə bacarmayanda sosial şəbəkələrdə söyüş və təhqir, böhtan kampaniyası təşkil edib, ziyalilarımızı, tarixi şəxsiyyətlərimizi hədəfə gətirirlər.

İranın hazırki ideologiyası Hitler nasizmindən qat-qat bəşəriyyət üçün zərərli bir terrorçu məfkurədir. Çox dəhşətli və ziyanlı ideoloji siyasi xəttir ki, bunun adını dinə bağlamaqla vətəndaşlarımızı da aldadıb ,  cəlb edirlər. Ölkəmizdə bu cür mənfur təbliğatların yayılmasının qarşısı alınmalıdır. Aidiyyəti qurumlar, Təhsil nazirliyi iş aparmalıdır. Şagird siyasi, dini təbliğat aparmalıdır yoxsa məktəbə gedib dərs oxumalıdır? Din xadimlərinin içində də İrana gizli pərəstiş edən, təqlid edən şəxslər çoxdur. Əks halda belə faktlara qarşı fikir bildirər,  etiraz edərlər. Halbuki, ölkədə İrançı  dindarların əsasən sosial şəbəkələrdəki söyüş kompaniyasına təəssüf ki, din xadimləri rəvac verir, hətta iştirak da edirlər. Həqiqətdə isə din söyüşdən və təhqirdən uzaqdır. 

Dinin əlifbası əxlaqdır. Amma təəssüf ki, din xadimləri bununla nəinki mübarizə aparmır, əksinə dəstək verirlər. İndi görəcəksiniz,  bu görüntüyə bircə din xadimi etiraz etməyəcək, fikir bildirməyəcək. Çünki, çoxunun içində gizli fars aşinalığı var. Bəs elədirsə, ölkədə dövlətçiliyə, xalqın mənafeyinə zərrə qədər fayda qaynayan bu qədər din adamı, ilahiyyatçı, din xadimi nəyə və kimə lazımdır? Çox təəssüf ki, vətənpərvər, milli təfəkkürdə olan ilahiyyatçılar, din xadimləri çox azdır. Ona görə də bu görüntüdəki vəziyyətlərlə bağlı digər aidiyyəti dövlət qurumları məşğul olmalı, ən azı bu ziyanlı təbliğatın qarşısı alınmalıdır. Uşaqları məktəbdən ayırıb , terror təşkilatlarının bayraqlarının şəkli olan tortun qarşısında təxribat yaratmaq əsl xəyanətdir. Kimlərsə bunları  düşünülmüş şəkildə ediblər. Uşaqları qabağa verib,özləri  gizləniblər. Qətiyyən bu kiçi hallar  yolverilməzdir. Dərhal belə halların  qarşısını almaq lazımdır. Xalqımız üçün, gələcək nəsillər üçün problem qoymaq lazım deyil. Uşaqların beyninin zəhərlənməsinin qarşı alınmalıdır”.

Sevinc
 

0