Anar Əliyevdən yeni təyinat

SOSİAL
13:50 / 25.11.2026
42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinat olub.

HİT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Bayramova Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, 2023-cü ildən yeni təyinatadək Nazirlikdə baş məsləhətçi vəzifəsini tutub. 2015-2023-cü illərdə isə aparıcı məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

0