"Toyota" Türkiyədəki istehsalını dayandırır - SƏBƏB

AVTO
12:37 / 09.08.2023
1385

Yaponiyanın dünyaca məşhur avtomobil şirkəti "Toyota" Türkiyədəki istehsalını dayandırır.

HİT.az xəbər berir verir ki, qərar sadəcə 2 həftəyə şamil olunacaq.

Şirkət Sakarya şəhərində yerləşən fabrikin 14-24 avqust tarixləri arasında bağlı olacağını açıqlayıb. Sözügedən müddət ərzində fabrikdə planlı baxım, təmir və yenilənmə işləri həyata keçiriləcək.

Bununla yanaşı, "Toyota" 24 avqust tarixindən sonra Türkiyədəki fabrikində dünyada ilk dəfə olaraq şarj edilə bilən hibrid avtomobil və batereya istehsalını reallaşdıracağını da bəyan edib.

Yeni "Toyota C-HR" modeli Türkiyədə istehsal edilən ilk baterayalı hibrid avtomobil olacaq. Bu, həm də şirkətin Avropadakı ilk baterayalı hibrid avtomobil istehsal edən fabriki olacağı deməkdir.

Qeyd edək ki, bu layihə üçün 317 milyon avro sərmayə ayıracaq "Toyota" Türkiyədəki ümumi investisiya məbləğini də 2,3 milyard avroya çatdıracaq.

Pərviz

0