Ağ Evin yeni Administrasiyası Rusiyaya qarşı olan iradlarını açıqladı

10:04 / 05.02.2021
802

Ağ Ev Rusiyaya qarşı olan iradlarını sadaladı.

HİT.Az NBC-yə istinadən bildirir ki, Moskvanın məsuliyyətə cəlb edilməsini zəruri edən "pis niyyətli hərəkətlər" siyahısı ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan tərəfindən brifinqdə dilə gətirilib.

Onun sözlərinə görə, Yeni Administrasiya Rusiyanın "Amerika demokratiyasına müdaxiləsinə və Avropa ərazisində insanların kimyəvi silahla zəhərləməsinə" görə cavab verməsini təmin etmək niyyətindədir. Sallivan onu da qeyd edib ki, Moskva bir sıra kiberhücum və  digər əməllərə görə də cavab verməlidi: "Zamanı gəldiyində qeyd olunan məsələlərlə bağlı Vaşinqton hərəkətə keçəcək". 

Sallivan çıxışı zamanı bildirib ki, Co Baydenin müəyyənləşdirəcəyi yeni siyasət çərçivəsində ABŞ-ın Rusiyanın mövcud siyasətinə qarşı mübarizəsi davam edəcək.

1