Almaniya Ukraynaya "Marder" PDM-ləri göndərib

DÜNYA
18:01 / 29.03.2023
512

Almaniya Ukraynaya “Marder” Piyada Döyüş Maşınları (PDM) göndərib.

Hit.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.

O, döyüş maşınlarını sınaqdan keçirdiyini və texnikalardan razı qaldığını bildirib.

Qeyd edək ki, Almaniya KİV-inin yazdığına görə, Ukraynaya 40 PDM verilib.

Bundan əlavə, Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 Leopard 2 tankı göndərib.

0