Astronom Günəş partlayışlarının necə baş verdiyini elektrik qığılcımları ilə müqayisə etdi

DÜNYA
13:40 / 29.11.2026
45

Günəşdə baş verən alışmaların mexanizmi məişət elektrik cihazlarında yaranan elektrik boşalmalarına bənzəyir. Lakin bu proseslər Günəşdə müqayisəolunmaz dərəcədə böyük enerji ilə müşayiət olunur.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov RİA Novosti-yə açıqlamasında bildirib.

Alimin sözlərinə görə, Günəş alışmalarının mexanizmi adi közərmə lampalarının sıradan çıxması və ya transformatorlarda baş verən elektrik boşalmalarına bənzəyir.

Boqaçov izah edib ki, Günəşin səthindəki aktiv bölgələr bir-biri ilə dolaşmış, izolyasiyası olmayan elektrik keçiricilərini xatırladır. Bu sahələrdə elektrik cərəyanları birbaşa plazma daxilində hərəkət edir. O, prosesi Atlantik okeanındakı güclü Qolfstrim isti cərəyanı ilə müqayisə edib.

Astronomun fikrincə, Günəş alışması ulduzun səthində formalaşan mürəkkəb elektrik sisteminin fəaliyyətində pozuntu yarandıqda meydana gəlir. Nəticədə böyük elektrik qığılcımlarına bənzər enerji boşalmaları baş verir.

Qeyd edək ki, noyabrın 28-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Günəşdə yenidən aktivləşən alışmaların daha bir neçə gün davam edə biləcəyini proqnozlaşdırıb. Bundan sonra aktivliyin azalacağı gözlənilir.

Samir

0