Balakəndə 60 minlik şübhəli təmir

İQTİSADİYYAT
17:23 / 30.05.2023
377

Balakən Rayon İcra Hakimiyyəti Başçısının Balakən Şəhər üzrə Nümayəndəliyi Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən 49 və 53 nömrəli 2 mərtəbəli 16 mənzilli kommunal yaşayış binalarının və Balakən MİM-nin balansında olan, Mahamalar kəndində yerləşən b-1, c-2, d-3 saylı 2 mərtəbəli kommunal yaşayış binalarının əsaslı təmirinin satın alınması ilə bağlı tenderə yekun vurub. 


Hit.az xəbər verir ki, tenderin qalibi "ŞANS-16" MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 61.041,4 AZN-dir. 


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “ŞANS-16” MMC 1 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Zaqatala şəhəri, U.Sadıqov küçəsi ev 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Süleymanov Süleyman Zahid oğludur. 


Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. Şirkətin internet səhifəsi və əlaqə nömrələrinə də rast gəlinmir. 


2016-cı ildən fəaliyyət göstərən şirkət barəsində heç bir məlumatın olması bir qədər şübhəlidir. Adətən bu tip şirkətlər tender oyunlarında istifadə ümün təsis edilir. 


Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən Balakən, Qax və Zaqatalanın yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. 
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir. O, 22 ildir ki, bu rayona rəhbrəlik edir. 


Anar

0