Bu gün tarixin vərəqlərində 30 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi mühüm hadisələrlə yadda qalıb.
30 oktyabr bir sıra görkəmli şəxsin doğulduğu və ya vəfat etdiyi gün kimi xatırlanır. Beləliklə, tarixin 30 oktyabrına nəzər salırıq.
30 oktyabrda baş verənlər:
2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında maestro Niyazinin “Rast” baletinin premyerası keçirilib. 2017-ci ildə strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xətti rəsmi olaraq istismara verilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun isə Kavdadıq, Məmər və Mollalı kəndlərini Ermənistanın işğalından azad edib.
Həmçinin, 1918-ci ildə Osmanlı İmperiyası ilə Antanta dövlətləri arasında Mudros barışığı imzalanıb. 1921-ci ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1961-ci ildə SSRİ tərəfindən tarixin ən güclü termonüvə qurğusu olan “Çar Bombası” sınaqdan keçirilib. 1973-cü ildə İstanbulda Bosfor və Fatih Sultan Mehmet körpülərindən biri - Bosfor körpüsü tamamlanıb. 2014-cü ildə isə İsveç Fələstini rəsmən tanıyan ilk Avropa İttifaqı üzvü olub.
30 oktyabrda doğulanlar:
1986-cı ildə radio aparıcısı Rəvan Bağırov dünyaya gəlib.
Həmçinin, 1735-ci ildə ABŞ-nin 2-ci prezidenti Con Adams, 1861-ci ildə fransız heykəltəraş Antuan Burdel, 1896-ci ildə sovet bəstəkarı Anatoli Novikov, 1899-cu ildə rus yazıçı Nadejda Mandelştam, 1910-cu ildə ispan şair Migel Ernandes, 1939-cu ildə türk aktyor Tanju Gürsu, 1954-cü ildə perulu fotoqraf Mario Testino, 1960-cı ildə dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona, 1970-ci ildə çinli şahmatçı Se Tszyun, 1973-cü ildə türkiyəli ssenarist Raci Şaşmaz, 1976-cı ildə türk futbolçu Ümit Özat və 1991-ci ildə israilli futbolçu Nir Biton doğulub.
30 oktyabrda vəfat edənlər:
1992-ci ildə şair Tofiq Mütəllibov, 2003-cü ildə qrossmeyster, şahmatçı Aydın Hüseynov və 2005-ci ildə Xalq artisti, müğənni Məmmədbağır Bağırzadə dünyasını dəyişib.
Həmçinin, 1898-ci ildə rus şair Yakov Polonski, 1997-ci ildə amerikalı kinorejissor Samuel Fuller, 2009-cu ildə fransız antropoloq Klod Levi-Stross, 2018-ci ildə İsrailin dövlət xadimi David Azulai, 2022-ci ildə niderlandlı futbol hakimi Rien van Haaften vəfat edib.
Pərviz


