Həyət evlərinin dibində tikilən göydələnlər məişət paradoksu yaradır

İQTİSADİYYAT
19:14 / 10.07.2024
252

Xətai rayon 8 noyabr prospektində yaşayan sakinlərin bir qrupu tikinti şirkətlərindən narazılıq edilər.

Hit.az-a müraciət edən Həsi Aslanov qəsəbə sakini Vidadi Balayev bildirib ki, həyət evində yaşayır və evinin qonşuluğunda çoxmərtəbəli bina tikilib:

“Harada boş yer tapırlar , orada çoxmərtəbəli bina ucaldırlar. Şəhərsalma qaydalarını heçə sayırlar. Həyət evlərinin 3-4 metr məsafəsində tikilmiş çoxmərtəbəli binalar, şəxsi evlərə çoxlu problemlər yaradır. Qonşular yuxarıdan nə gəldi həyətimizə atırlar. Həyətimizdə yuxarıdakılar görür deyə rahat dincələ bilmirik. Üstəlik bina günəşin, hava axınının qarşısını kəsir. Evlər plana düşürdüsə hamımızı salaydılar, həyət evlərinin içində göydələn qaldırmaq başqalarını narahat edir. Bunu niyə nəzərə almırlar?".

Qəsəbə bələdiyyəsindən bildirilib ki, sözü gedən ərazidə, prospekt boyunca düzlümüş köhnə “finski” deyilən taxta həyət evlərinin əksəriyyəti plana düşüb, söküləcək.

Murad

0