ADY-nin şöbə rəisi vəzifəsindən ayrılıb

İQTİSADİYYAT
19:19 / 26.10.2026
70

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şöbə rəisi vəzifəsindən ayrılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İqrar Cəbiyev öz istəyi ilə ADY-nin Xərclərin uçotu və analizi şöbəsinin rəisi vəzifəsindən azad olunub. 

Məlumata görə, o, 2021-ci ildən ADY-də fəaliyyət göstərirmiş. 2022-ci ilədək qurumda Əsas vəsaitlərin və mal-materialların uçotu şöbəsinin rəisi, sonra isə Xərclərin uçotu və analizi şöbəsinin rəisi vəzifəsində çalışıb.

0