Kredit kartlarına tələbi azaldan ŞOK SƏBƏB

İQTİSADİYYAT
13:53 / 13.05.2026
110

Ödəniş kartları bazarında artım davam etsə də, kredit kartlarına maraq əvvəlki dövrlərlə müqayisədə zəifləyib. 

Statistik göstəricilərə əsasən vətəndaşlar daha çox debet kartlarından istifadəyə üstünlük verir, kredit kartlarının sayı isə azalmağa davam edir.

Maraqlıdır, kredit kartlarının sayının azalmasına səbəb nədir? 

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, kredit kartlarının sayındakı azalmanın əsas səbəblərindən biri Mərkəzi Bankın ötən ilin yayında tətbiq etdiyi yeni tələblərdir: 

399123

“Yeni qaydalara əsasən, vətəndaşa onun rəsmi gəlirinin beş mislindən artıq kredit limiti ayrılması məhdudlaşdırıldı ki, bu da bazarda kredit kartlarının artım tempini zəiflətdi”.

Ekspert onu da əlavə edib ki, banklar da riskləri azaltmaq üçün daha ehtiyatlı kredit siyasətinə keçiblər:

“Xüsusilə faizlərin yüksəlməsi, keşbek və güzəşt kampaniyalarının azalması kredit kartlarına marağın aşağı düşməsinə təsir edib. Bir müddət kredit kartları bazarında ciddi canlanma yaşansa da, sonradan vətəndaşlar bu məhsulun yüksək faiz və əlavə maliyyə yükü yaratdığını daha aydın hiss etməyə başlayıblar. Nəticədə insanlar borclanmaya daha məsuliyyətli yanaşır və xərclərini daha planlı idarə etməyə üstünlük verirlər”.

Günel Cəlilova

0