AQEM-in 7-ci Zirvə Görüşü – “Bakıda keçirilməsi çox mühümdür”

SİYASƏT
11:07 / 15.10.2026
166

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Belə ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü paytaxtımızda keçiriləcək. Artıq bir çox ölkənin lideri sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycana gəlib. Ümumiyyətlə, belə mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 

Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki,  AQEM-in 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir:

412800

“Bakı qlobal məsələlərin müzakirəsi və müxtəlif ölkələr arasında dialoqun qurulması baxımından mühüm mərkəz hesab olunur. Bakı, ümumiyyətlə, Azərbaycan artıq dünyanın cazibə mərkəzinə çevrilib. Dünyanın müxtəlif ölkələrinin rəhbərləri Bakıya toplaşır və mühüm tədbirlərdə iştirak edirlər. Bu, təsadüfi deyil. Çünki Azərbaycan elə bir mərhələyə çatıb ki, beynəlxalq ictimaiyyət ölkəmizin qlobal məsələlərin həllinə mühüm töhfələr verə biləcəyinə inanır. Bakı bu gün dünyanın ən aktual problemlərinin müzakirə oluna biləcəyi şəhərlərdən biridir”.

A.Həsrət görüşün əhəmiyyətini qarşıdurma yaşayan dövlətlərin nümayəndələrinin eyni masa arxasında əyləşməsi ilə əlaqələndirib:

“Bu toplantının ən mühüm tərəflərindən biri bir-biri ilə problemləri olan dövlətlərin nümayəndələrinin burada bir araya gəlməsidir. İsrail, Fələstin, Türkiyə və İran nümayəndələrinin eyni platformada iştirak etməsi buna nümunədir. Uzaq Şərqdə də müəyyən məsələlərdə fikir ayrılıqları olan Laos və Kamboca kimi ölkələrin nümayəndələri burada bir masa arxasında otururlar. Bütün bunlar Bakının beynəlxalq problemlərin müzakirəsi və həlli yollarının axtarılması üçün mühüm mərkəz kimi çıxış etdiyini göstərir”.

Sevinc

0