Türkiyənin 3 məşhur ulduzu eyni layihədə bir araya gəlir.
Hit.az xəbər verir ki, söhbət Tuvana Türkay, Hande Subaşı və Sarp Levendoğlundan gedir.
Onlar, “Kasabanın Gülleri” filmində çəkiləcək. Layihədə Tuvana Turkay “Su”, Hande Subaşı “Gülbahçe”, Sarp Levendoğlu isə “Demir” obrazına həyat verəcək. “MTN Media” tərəfindən çəkiləcək filmin ssenarisini Şilan Avcı yazıb.
Qeyd edək ki, romantik komediya janrında çəkiləcək film nənələrindən miras qaldıqlarını düşündükləri evə 4 qohumun gəlməsindən bəhs edəcək. Layihədə xəyanət, xəyal qırıqlığı və tərk edilmə kimi temalar işləniləcək.
Pərviz


