Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 223,6 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 6,2 milyon dolları ixracın, 217,4 milyon dolları isə idxalın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında İrandan idxal etdiyimiz məhsullar dəyər ifadəsində 18,7 milyon dollar və ya 9,4 % artıb.
Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanın İrandan idxal etdiyi məhsulların dəyəri aylar üzrə aşağıdakı kimi olub:
Yanvar 2026 – 56,2 milyon dollar;
Fevral 2026 – 59,1 milyon dollar;
Mart 2026 – 51,4 milyon dollar;
Aprel 2026 – 50,7 milyon dollar.
Xatırladaq ki, ABŞ və İsrail bu il fevralın 28-i İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-si isə ABŞ və İran atəşkəs elan ediblər. Müharibə səbəbindən İran hökuməti mart ayının əvvəlində bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracının qadağan edildiyini açıqlayıb.
Qeyd edək ki, açıqlanan rəsmi məlumatlar bu ilin mart ayında da İrandan Azərbaycana ərzaq və kənd təsərrüfatı məhsullarının ixrac olunduğunu göstərir. Belə ki, bu ilin mart ayında Azərbaycan İrandan 950,8 ton kərə yağı, 1 328,3 ton kartof, 590,4 ton xiyar idxal edib.


