Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı - FOTO

İQTİSADİYYAT
23:34 / 21.10.2026
59

Lənkəran şəhəri, MirMustafaxan küçəsi, 19 ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 4 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin ümumi sahəsi 3 376 kv. metrə, torpaq sahəsinin ölçüsü isə 0,3048 hektara bərabərdir. Daha əvvəl “Ab Qala Hotel” adı ilə fəaliyyət göstərən obyektin başlanğıc qiyməti 2 milyon 200 min manat təşkil edir.

Qeyd edək ki, hərracın oktyabrın 28-də baş tutacağı bildirilir.

Onu da bildirək ki, açıq mənbələrdə “Ab Qala Hotel”in sahibi kimi “Lənkəran Mehmanxana” ASC (VÖEN – 2600108271) göstərilir. Nizamnamə kapitalı 68 min 980 manat olan ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Kazımov Fariq Məcid oğlu olan ASC hazırda passiv vergi ödəyicisidir.

0