Təhsil müəssisələrində 4 milyonluq təmir - İşlər “ART-PROJE” MMC-yə həvalə olunub

İQTİSADİYYAT
20:59 / 02.06.2026
39

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və cari təmir işlərinin satın alınması üzrə müsabiqəni yekunlaşdırıb.

Hit.az xəbər verir ki, satınalma müsabiqəsinin “ART-PROJE” MMC qalib seçilib. 

Layihənin ümumi dəyəri 4.013.154,91 manat təşkil edir.

Satınalma çərçivəsində ölkə üzrə bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya sistemlərinin yenilənməsi və cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin icrası ilə bağlı əlavə detallara dair rəsmi məlumatın açıqlanacağı gözlənilir.

Abbas 
 

0