Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tender elan olunub.
Hit.az xəbər verir ki, satınalmanın sifarişçisi Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. Satınalma üzrə ehtimal olunan qiymət 4 milyon 904 min 710 manat 12 qəpik təşkil edir.
Tender şəhər ərazisində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsini nəzərdə tutur. Layihənin məqsədi yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şəraitin yaradılması və şəhərdaxili yolların mövcud vəziyyətinin yaxşılaşdırılmasıdır.
Tender iyulun 13-dək davam edəcək.
Abbas


