İcra hakimiyyətindən bu şirkətə 77 min manatlıq sifariş

İQTİSADİYYAT
20:56 / 12.06.2026
46

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması ilə bağlı keçirilən satınalma müsabiqəsinin nəticəsi məlum olub.

Hit.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Caspian Expert Group" MMC seçilib.

Qalib şirkətlə 77 min 74,06 manat dəyərində müqavilə bağlanacaq.

Abbas
 

0