Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçib

İQTİSADİYYAT
11:14 / 16.06.2026
51

Bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu barədə HİT.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bunun 1,627 milyon dollarlıq hissəsi may ayının payına düşüb.

5 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,85 % azdır.

Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,9 dəfə çoxdur.


 

0