Azərbaycan Tibb Universiteti (ATU) parkının yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma müsabiqəsi başa çatıb.
Hit.az xəbər verir ki, müsabiqənin qalibi “HOUSE PROJECT” MMC olub. Müqavilənin dəyəri 34 043 manat təşkil edir.
Hazırlanacaq sənədlər parkın gələcək modernləşdirilməsi və yenidən qurulması üçün əsas texniki baza rolunu oynayacaq.
Abbas


