Bakıdan Mingəçevirə gedən sərnişin avtobusu yandı (FOTO)

FOTO
21:46 / 05.07.2021
1596

Bakıdan Mingəçevirə hərəkət edən sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olub-olmadığı dəqiqləşdirilir.

1