Rusiyada “Azərbaycan mafiyası”nın daha 5 üzvü saxlanıldı

HADİSƏ
23:45 / 17.10.2023
503

Sankt-Peterburqda polis yoldan keçənləri döyərək videoya çəkən “Azərbaycan mafiyası”nın daha 5 üzvünü saxlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Hücum edənlərin qonşu ölkələrdən birinin 16-18 yaşlarında olan dörd vətəndaşı və 18 yaşlı yerli sakin olduğu məlum olub. Oktyabrın 16-da təhlükəsizlik qüvvələri onların şəriki, Moskva şossesində yaşayan 18 yaşlı Rusiya vətəndaşını saxlayıb.

Gənclərə qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Azərbaycandan gələn mühacirlər tərəfindən yoldan keçənlərin döyülməsi ilə bağlı internetdə yayılan videoların yoxlanılması barədə göstəriş verib. Özlərini “Azərbaycan mafiyası” adlandıran 17 və 18 yaşlı bir qrup yeniyetmə Sankt-Peterburqun təsadüfi sakinlərinə hücum edərək hər şeyi videoya çəkib.

Xatırladaaq ki, oktyabrın 16-da Sankt-Peterburqun Moskovski rayonunda yerli sakinləri döyən bir qrup azərbaycanlının 18 yaşlı üzvü Timur Muxtarov da saxlanılıb. 

0