Şans bu bürcləri bütün ay boyu izləyəcək

MARAQLI
23:51 / 21.08.2026
48

22 avqustdan 23 sentyabr 2026-cı ilədək davam edəcək Qız bürcü mövsümünün beş bürc üçün uğurlu keçəcəyi iddia olunur. Astroloji proqnoza görə, bu dövrdə həmin bürclərin şəxsi həyatı, münasibətləri, maliyyəsi və karyerasında müsbət dəyişikliklər baş verə bilər.

HİT.az bu barədə yourtango.com-a istinadən xəbər verir.

Qız mövsümü daha çox nizam-intizam, konkret məqsədlər və düşünülmüş qərarlarla əlaqələndirilir. Astroloqlar bu dövrdə ünsiyyət və yeni ideyaların da ön plana çıxacağını bildirirlər.

Qız

Qızlar üçün bu dövr özünəinamın artması və planların yenidən nəzərdən keçirilməsi ilə yadda qala bilər. Sentyabrın 10-da baş verəcək yeni ayın yeni məqsədlər müəyyənləşdirmək üçün əlverişli olduğu düşünülür. Avqustun 25-dən sentyabrın 10-dək ünsiyyət və danışıqlarda aktivlik arta bilər. Sentyabrın əvvəlində maliyyə vəziyyətində yaxşılaşma, yeni tanışlıqlar və faydalı əlaqələr gözlənilir.

Əqrəb

Əqrəblər üçün yeni tanışlıqlar və faydalı əlaqələr xüsusi əhəmiyyət daşıya bilər. Sentyabrın 10-da yeni mərhələnin başlanacağı, sosial çevrə və ortaq məqsədlərlə bağlı imkanların yaranacağı proqnozlaşdırılır. Həmin gün Veneranın Əqrəbə keçməsi isə bu bürcün nümayəndələrində özünəinamı və cəlbediciliyi artıracağı iddia edilir.

Balıqlar

Balıqlar üçün əsas diqqət münasibətlərə yönələcək. Astroloqlara görə, həm şəxsi, həm də işgüzar əlaqələrdə yeni imkanlar yarana bilər. Subay Balıqlar yeni tanışlıq əldə edə, münasibətdə olanlar isə partnyorları ilə daha çox vaxt keçirməkdən fayda görə bilərlər. Maliyyə məsələlərində də müsbət dəyişiklik ehtimalı vurğulanır.

Xərçəng

Xərçənglər üçün Qız mövsümü ünsiyyət, təhsil, səyahətlər və gündəlik işlər baxımından aktiv keçə bilər. Avqustun 25-dən sentyabrın 10-dək yeni ideyalar və maraqlı təkliflərin ortaya çıxacağı bildirilir. Sentyabrın 10-u isə yeni işə və ya səyahətə başlamaq üçün əlverişli tarix kimi göstərilir. Marsın təsiri ilə Xərçənglərin enerjisinin və qərarlılığının artacağı proqnozlaşdırılır.

Oğlaq

Oğlaqlar üçün bu dövr gələcəklə bağlı daha aydın planlar qurmaq imkanı yarada bilər. Səyahət, təhsil və yeni biliklərə marağın artacağı, müxtəlif şəhər və ölkələrdən insanlarla əlaqələrin genişlənəcəyi bildirilir. Sentyabrın 10-dan sonra isə karyera sahəsində yeni imkanların, gəlir artımının və hətta vəzifə yüksəlişinin mümkün olduğu iddia edilir.

Samir
 

0