Yay mövsümünün sonlarına doğru getdikcə bazarlarda qışlıq tədarük həyəcanı başlayıb.
Əhalinin qış aylarında istifadə etmək üçün ən çox satın aldığı tərəvəzlərdən biri də məhz badımcandır. Mövsümün ən sevilən konservlərindən sayılan badımcan şorabasının qoyulması və müxtəlif badımcan yeməklərinin bişirilərək bankalara yığılması bazarda bu məhsula olan tələbatı kəskin artırıb.
Bəs bazarda qiymətlər necədir?
Hit.az-ın əməkdaşı bazarda badımcan qiymətləri ilə maraqlanıb.
Hazırda tələbat böyük olduğu üçün qiymətlər münasibdir. Alıcılar qışlıq ehtiyatı təmin etmək üçün badımcanı kiloqramla deyil, əsasən topdan paketlərlə alırlar. Hazırda bazarlarda çəkisi təxminən 15 kiloqram olan bir badımcan paketi alıcılara 4-5 manata təklif olunur. Qiymətin sərfəli olması alıcıların marağını daha da artırır. Buna görə də bazarda ən çox satılan məhsullardan biri badımcandır.
Pərviz


