"Neftçi"nin yeni transferi performansı ilə diqqət çəkir - VİDEO

İDMAN
20:54 / 18.08.2026
215

Xəbər verdiyimiz kimi, “Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Hit.az xəbər verir ki, paytaxt klubu hücumameylli yarımmüdafiəçi Draqolyub Saviçi transfer edib.

Serbiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Adətən sol vinger mövqeyində oynayan Saviç yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir. O, həm sağ, həm də sol cinahlarda oynaya bilir.

25 yaşlı futbolçu xüsusən hücumdakı effektivliyi ilə diqqət çəkir. Onun çıxış etdiyi komandalarda vurduğu qollar və etdiyi məhsuldar ötürmələr oyun zəkasından xəbər verir. 

Saviç bu performansını ölkəmizdə də göstərəcəyi təqdirdə, "Neftçi"nin əsas futbolçularından biri olacaq. Üstəlik, yaşının gənc olması səbəbiylə gələcəkdə yüksək məbləğdə xarici klublara da satılma ehtimalı yüksək qiymətləndirilir.

Beləliklə, "Neftçi"nin yeni transferi Draqolyub Saviçin matçlardakı diqqətçəkən performanslarından ibarət videonu təqdim edirik:

 

Pərviz 

0