Arif Hacılı oğlunun qəza törətməsi barədə məlumatlara münasibət bildirdi -VİDEO

18:35 / 20.10.2023
532
Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb.

Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. "Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Məlumata görə, Orxan Hacılı hadisəni törədəndən sonra hadisə yerindən yayınıb.

Müsavat başqanı Arif Hacılı APA-ya belə bir hadisənin baş verdiyini deyib: "Şükürlər olsun ki, qəza nəticəsində xəsarət alan, ziyan çəkən olmayıb. Yəqin ki, araşdırılacaq və müvafiq qərar qəbul olunacaq".

A.Hacılı oğlunun qəzadan sonra yayınması barədə verilən məlumatların əsassız olduğunu açıqlayıb: "Oğlum qəzadan iki dəfə polis idarəsində olub, təxminən bir həftədir ki, sənədləri də ordadır".

0