Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

HƏRBİ
12:12 / 11.09.2024
195

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

0