“Səbail” Avropa çempionunu transfer etdi

İDMAN
11:55 / 02.02.2024
450

“Səbail” daha bir oyunçunun transferini rəsmiləşdirib.

HİT.az klubun saytına istinadən xəbər verir ki, son olaraq Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş paytaxt təmsilçisinə keçib.

Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.

0