İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək

İDMAN
13:32 / 08.02.2024
380

İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək.

HİT.az xəbər verir ki, yarış fevralın 29-da start götürəcək.

Xankəndidə başlayacaq ultra marafonda iştirakçılar 360 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafona qoşulmaq istəyən 18 yaşdan yuxarı hər kəs fevralın 20-dək //ultramarathon.mys.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilər

 

0