PSJ Mbappeyə 160 milyon avroluq müqavilə təklif etdi

İDMAN
23:25 / 10.02.2024
417

PSJ klubu komandanın fransalı hücumçusu Kilian Mbappeni komandada saxlamaq üçün yeni təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien"in jurnalisti Fransua David "El Chiringuito"da bildirib.

Onun sözlərinə görə, PSJ futbolçuya iki mövsüm üçün 160 milyon avroluq (hər mövsüm 80 milyon avro) müqavilə təklif edib.

Mbappe özü hələ də "Real Madrid"ə keçmək niyyətindədir. Lakin İspaniya klubunun təklifi Jud Bellingem və ya Vinisius Juniorun maaşından yüksək olmasa, Kilian Parisdə qala bilər.

Qeyd edək ki, Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə keçib. 

0