Bəhlul yayda Avropa klubuna transfer olunacaq?

İDMAN
10:13 / 29.02.2024
438

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bəhlul Mustafazadənin Avropa klublarına mümkün transferindən danışıb. 

Yerli mətbuatda 27 yaşlı müdafiəçinin yayda Avropaya gedəcəyi ilə əlaqədar xəbərlər yayılıb. Q.Qurbanov məsələ ilə bağlı bu sözləri deyib:

"Yazılar yazılır, mənim məlumatım yoxdur. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır. Futbolçular olub ki, "Qarabağ"da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar. Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar".//Offsideplus.az 

0