"Qarabağ" "Bayer"lə üz-üzə gələcək

İDMAN
09:14 / 14.03.2024
352
"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.
 
HİT.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer" komandası ilə üz-üzə gələcək.
 
"BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.
 
Avropa Liqası
1/8 final mərhələsi
Cavab oyunu
 
14 mart
00.00 Bayer (Almaniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann, Endryu Medli (İngiltərə).
Leverkuzen, "BayArena".
İlk oyun - 2:2.
0