"Qarabağ"ın futbolçusu Əlcəzair millisində qol vurdu - VİDEO

İDMAN
16:00 / 23.03.2024
326

Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində evdə Boliviya ilə qarşılaşıb.

HİT.az xəbər verir ki, matçda Əlcəzair millisi 3:2 hesablı qələbə qazanıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzia da Əlcəzair millisinin heyətində bu görüşdə iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub. O, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib.  90+4-cü dəqiqədə Əlcəzair qələbə qolunu rəqib qapısından keçirib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb.

Əlcəzair - Boliviya 3:2
Qollar: Amin Juri, 43. Yassin Benzia, 79. Mandi, 90+4 - Əlqaramaz Anez, 47. Saqredo, 70.

Benzianın qoluna videonun 7:20-ci dəqiqəsindən etibarən baxa bilərsiniz.

0