AFFA-nın yeni İcraiyyə Komitəsinin tərkibi müəyyənləşib.
HİT.az məlumatına görə, milli assosiasiyanın növbəti Konfransında üzvlər təsdiqlənib.
AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi aşağıdakılardır:
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən