Kadi yenidən \"Qarabağ\"da? - Rəsmi açıqlama

12:09 / 10.04.2024
438

"Krasnodar"ın futbolçusu Kadi Borgesin “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Offsideplus.az “Metaratings”a istinadən xəbər verir ki, braziliyalının agenti Helsio Roberto Alisk məsələ haqda Rusiya mətbuatına danışıb.

O, Kadinin Rusiya klubundan ayrılmaq haqda düşünmədiyini bildirib:

"Kadinin “Qarabağ”a qayıdacağı ilə bağlı yayılan xəbərlər haqda deyəcək heç bir sözüm yoxdur. Kadi “Krasnodar”dakı vəziyyətindən razıdır".

Xatırladaq ki, Borgesin “Krasnodar”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir. Qeyd edək ki, Kadi 2021-2022-ci illərdə “Qarabağ”da oynayıb.

0