30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular - SİYAHI

İDMAN
21:21 / 13.04.2024
534

Nüfuzlu “Transfermarkt” internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya “Bavariya”nın ingilis hücumçusu Harri Keyn başçılıq edir.

“Transfermarkt”a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:

1. Harri Keyn (110 milyon avro, 30 yaş, “Bavariya”).

2. Məhəmməd Salah (65 milyon avro, 31 yaş, “Liverpul”).

3. Kevin De Bruyne (60 milyon avro, 32 yaş, “Mançester Siti”).

4. Son Hın Min (50 milyon avro, 31 yaş, “Tottenhem”).

5. Neymar (45 milyon avro, 32 yaş, “Əl-Hilal”).
6-7. Hakan Çalhanoğlu (40 milyon avro, 30 yaş, “İnter”).

6-7. Ederson Moraes (40 milyon avro, 30 yaş, “Mançester Siti”).

8-9. Endryu Robertson (35 milyon avro, 30 yaş, “Liverpul”).

8-9. Fabinyo (35 milyon avro, 30 yaş, “Əl-İttihad”).

10. Alison Beker (32 milyon avro, 31 yaş, “Liverpul”).

Mənbə: oxu.az

0