"Qalatasaray" rəhbərliyi hərəkətə keçdi: Futbolçulara...

İDMAN
10:34 / 14.04.2024
719

"Qalatasaray" rəhbərliyi qarşıdakı 7 matçla bağlı vacib qərar verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, klub hər matç üçün futbolçulara xüsusi bonuslar verəcək.

İstanbul nəhəngi bu üsulla futbolçuların motivasiyasını artırmağı hədəfləyir.

Həmçinin futbolçuların maaşlarının vaxtında ödənilməsinə diqqət yetiriləcəyi və gecikmələrin qarşısının alınması üçün lazımi tədbirlərin görüləcəyi bildirilib.

Rəhbərlik futbolçuların meydandan başqa heç nə düşünməməsini və oyunçuların yalnız qələbələr barədə düşünməsini təmin edəcək.

0