"Formula 1": Üçüncü sərbəst yürüş başa çatdı, "Mercedes" pilotu birinci oldu

İDMAN
13:34 / 14.09.2024
470

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

HİT.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari"dən Şarl Lekler birinci olublar.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

0