"Qarabağ" onun satışından 500 min avro qazanacaq

İDMAN
18:38 / 07.09.2026
45

“Qarabağ”ın 26 yaşlı polşalı qapıçısı Mateuş Koxalski “Vieçista Krakov” klubu ilə anlaşıb.

HİT.az xəbər verir ki, bu barədə Polşanın “Weszło” nəşri məlumat yayıb. Məlumata görə, tərəflər arasında razılaşma əldə olunub və gözlənilməz dəyişiklik baş verməsə, transfer yaxın zamanda rəsmən açıqlanacaq.

Koxalskinin “Vieçista Krakov”a keçidindən “Qarabağ” klubu 500 min avro qazanacaq. Ağdam klubu 2024-cü ilin yayında qapıçının transferinə 1 milyon avroya yaxın vəsait ödəyib.

Transferin gecikməsinin əsas səbəbi Koxalskinin Avropanın “Böyük beşlik” adlandırılan liqalarından birindən təklif gözləməsi olub. Lakin belə təklif almayınca onun iki ildən sonra yenidən Ekstraklasada çıxış edəcəyi qeyd edilib.

Koxalski daha əvvəl Çempionlar Liqasında “Qarabağ”ın heyətində uğurlu çıxışı ilə diqqət çəkib. Qış transfer dönəmində Almaniyanın “Borussiya Dortmund” klubunun onun vəziyyətini izlədiyi barədə məlumatlar yayılmışdı.
 

0