Çempionlar Liqasında Liqa mərhələsi başlayır

İDMAN
11:20 / 08.09.2026
215

Bu gün 2026/27 mövsümü UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start veriləcək.

Hit.az QOL.az-a istinadən xəbər verir ki, ilk gündə 1-ci turun 6 matçı keçiriləcək.

“Mançester Siti” səfərdə “Portu” ilə qarşılaşacaq. “Real” evdə “İnter”i qəbul edəcək. Dortmund "Borussiya"sı isə "Vilyarreal"la üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da "Mançester Yunayted"in qonağı olacaq.

Xatırladaq ki, 36 komandanın mübarizə aparacağı Liqa mərhələsində 1/8-ci yeri tutanlar birbaşa  1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaq. Mərhələni 25-36-cı yerdə tamamlayanlar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur

8 sentyabr

20:45 “AEK” (Yunanıstan) – “LASK” (Avstriya)

20:45 “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)

23:00 “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya)

23:00 “Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə)

23:00 “Lill” (Fransa) – “Betis” (İspaniya)

23:00 “Real” (İspaniya) – “İnter” (İtaliya)

9 sentyabr

20:45 “Barselona” (İspaniya) – “Feyenoord” (Niderland)

20:45 “Ştutqart” (Almaniya) – “Vikinq” (Norveç)

23:00 “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)

23:00 PSJ (Fransa) – “Slovan” (Slovakiya)

23:00 “Sportinq” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə)

23:00 “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

10 sentyabr

20:45 “Fənərbaxça” (Türkiyə) – “Roma” (İtaliya)

20:45 PSV (Niderland) – “Şaxtyor” (Ukrayna)

23:00 “Komo” (İtaliya) – “Leyptsiq” (Almaniya)

23:00 “Bavariya” (Almaniya) – “Bodo Qlimt” (Norveç)

23:00 “Mançester Yunayted” (İngiltərə) – “Sabah” (Azərbaycan)

23:00 “Slaviya” (Çexiya) – “Lans” (Fransa)

0