Ötən gün Çempionlar Liqasının liqa mərhələsinə start verilib.
Hit.az bildirir ki, gecənin mərkəzi matçı “Real Madrid” – “İnter” qarşılaşması idi.
Nəfəskəsən oyun
Oyun gözlənildiyi kimi çox möhtəşəm keçdi. Hər iki komandanın açıq oyuna üstünlük verməsi həddindən artıq təhlükəli epizodların yaranmasına səbəb oldu. Matçda tempo bir an belə aşağı düşmədi. Əlbəttə ki, bu da marağı kifayət qədər artırdı. Nəticədə “Real” 2-1 hesabı ilə rəqibini məğlub etdi.
Matçın statistikaları
Nə qədər qəribə olsa da, topla oynamada “İnter”64-36 faiz nisbətilə rəqibinə qarşı böyük üstünlük əldə edib. Həmçinin, onlar qapıya endirilən zərbə sayında da öndə olublar: 21-16. “Real” 9, “İnter” isə 4 dəfə böyük şansdan yararlana bilməyib.
Bundan başqa, qapıçı qurtarışları da maçta damğa vurub. Ev sahiblərinin qapıçısı Kurtua 7, qonaqlarda isə Martinez 6 dəfə qurtarış edib. Küncdən zərblərdə isə italiyalılar üstün olublar: 11-4. Onlar, bu üstünlüyü dəqiq pas ötürmələrində də göstəriblər: 621-352. Matçın ən yaxşı futbolçusu isə "Real"ın ikinci qolunu vuran kapitanı Federiko Valverde seçilib.
Qayda pozuntuları
“Real” oyunçuları 12, qonaqlar isə 10 dəfə qaydaları pozublar. Ev sahibləri 1, “İnter” futbolçuları da 3 dəfə sarı vərəqə ilə cəzalandırılıblar.
Yekun
“İnter”in “Real Madrid” səfərində bu qədər üstün oynayacağı gözlənilmirdi. Qonaqların qalib gələ bilməməsində “Real”ın qapıçısı Kurtuanın inanılmaz dərəcədə böyük payı var. Ümumiyyətlə, qapıçıların möhtəşəm performansı bu matçda daha böyük hesabların olmasının qarşısını aldı. Ümumi olaraq, mükəmməl bir oyun izlədik. Buna görə hər iki komandaya əhsən düşür!
Elmir Mustafa


