"VİA Qra"nın məşhur üzvü ekstrasens oldu

MAQAZİN
17:30 / 11.11.2024
305

Rusiyanın məşhur "VİA Qra" qrupunun keçmiş solisti Nadejda Qranovskaya öz bloqunu ekstrasens kimi inkişaf etdirir.

Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən Qranovskaya son vaxtlar Avropada yaşayır. Onun sözlərinə görə, özündə "ekstrasensor təzahürlər" aşkar edib. İndi o, ərinin soyadı olan Urjumsev adı altında psixologiya və metafizika haqqında strimlər aparır.

Qeyd edək ki, Nadejda Qranovskayanın əri, rusiyalı iş adamı Mixail Urjumsev əsas aktivləri Kiprdə yerləşən "Melon Fashion Group" şirkətinin 6,12%-nin baş direktoru və sahibidir. Şirkət iri mağazalar şəbəkəsində geyimlərin pərakəndə satışı ilə məşğuldur və Ukraynada törəmə müəssisəsi mövcuddur. Ötən il Rusiya şirkətinin gəliri 7 milyard rubl (təqribən 122 milyon manat) xalis mənfəətlə 61 milyard rubl (1 milyard manatdan çox) təşkil edib.

0