“Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım”.
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmin vaxt yaşananlardan danışıb. O bildirib ki, əməliyyat 8 saat davam edib. Sənətçi əməliyyatda olduğu müddətdə bacısının halı pisləşib:
“Bacım deyir ki, öldük-dirildik. Hətta mən gec çıxdım əməliyyatdan, bacımın ürəyi gedib”.
M. İsgəndərli konsertə hazırlaşdığı müddətdə də fəaliyyətini dayandırmadığını söyləyib. O bildirib ki, ətrafındakılar ona konsertdən əvvəl iki ay dincəlməyi məsləhət görsələr də, son günə qədər toylara gedib:
“Hamı deyirdi ki, konsert verəndə iki ay dincəlməlisən. Amma mən axırıncı günə qədər toyda idim. Mənim sponsorım yox idi. Toya getməliydim ki, konsertin pulunu saxlayım”.//Axşam.az


