Rəqsanədən qızı Aysunla bağlı etiraf: "Ona zəng etməyə utanıram"

MAQAZİN
23:34 / 05.11.2026
39

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib.

Rəqsanə İsmayılova bildirib ki, bəzən bu hisslər səbəbindən qızına zəng etməkdə belə çətinlik çəkir:

"Həbsxanada olanda Rəqsanə yox idi, mən deyildim, oradakı başqa adam idi. Oradakı günlərimdən danışa bilmirəm, sanki bir yuxu idi. Orada heç kəsi incitmirlər, heç kəsin xətrinə dəymirlər. Oranı heç kəsə arzulamıram. Danışmaq belə ağırdır. Həbsxana mənim yaralı yerimdir. Heç vaxt bu barədə danışmaq istəmirəm. Qızım böyük əziyyət çəkdi. Bu gün elə olur ki, mən qızıma zəng etməyə utanıram. Utanıram... Nə olsun ki, mən onu böyütmüşəm, nə olsun ki, ona əziyyət çəkmişəm. Vaxtında, həmişə onun yanında olmuşam. Bu gün də onun yanındayam".

Müğənni bəzi məsələlərin tezliklə sona çatmasını arzuladığını da bildirib:

“İstəmirəm ki, övladımın, ümumiyyətlə, heç kimin qarşısında hansısa şəkildə utanım, pis vəziyyətdə qalım. İstəyirəm ki, hər şey tez bitsin, övladımın gözünün içinə düz baxa bilim”.

Xatırladaq ki, Rəqsanə İsmayılova 2025-ci ilin avqustunda dələduzluq ittihamı ilə həbs edilib. Həmin il noyabrın 19-da onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Qeyd edək ki, müğənninin ev dustaqlığına buraxılması üçün tələb olunan məbləğin bir hissəsini qızı Aysun İsmayılova ödəyib. Aysun anasının azadlığa çıxması üçün 100 min manat məbləğində vəsaiti özü toplayaraq ödəyib.

0