"Mən sənətdə olanda Namiq yox idi"

MAQAZİN
21:21 / 13.11.2024
306

Meyxana aləmində yeni qalmaqalın əsası qoyulub. Meyxanaçı Namiq Məna Namiq Qaraçuxurlu barədə danışıb.

HİT.az lent.az-a istinadən bildirir ki, şou proqramlardan birinə qatılan Namiq Məna belə deyib:

"Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu) yox idi, o, sonradan gəlib".

İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi barədə deyilənlərə etiraz edib:

"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı ildə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib?

Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, "Tərəqqi" medallıyam".


 

0